Ermənistanda bir qadın və dörd uşaq dəm qazından zəhərlənərək ölüb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.
Onun sözlərinə görə, hadisə İrəvandan 25 kilometr aralıda yerləşən Nor-Açin şəhərində baş verib.
“77 yaşlı bir qadının və dörd yetkinlik yaşına çatmayan şəxsin cəsədləri mənzillərdən birində tapılıb”,- Arutyunyan belə deyib.
O əlavə edib ki, “iki və ya daha çox insanın ölümü ilə nəticələnən, təhlükəsizlik tələblərinə cavab verməyən malların buraxılması və ya satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanılıb.