Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa 2441 nəfər yoluxub.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla ölkədə COVID-19 yoluxanların sayı 92 254-ə çatıb.
Ötən sutka 23 nəfər bu xəstəlikdən ölüb. İndiyədək Ermənistanda koronavirusdan ölənlərin sayı 1363 nəfər olub.