Ermənistanda əhalinin sayı daha 7000 nəfər azalıb.
ONA-nın “Panarmenian”a istinadən verdiyi xəbərə görə, ölkənin Milli Statistika Komitəsinin yaydığı məlumatda deyilir ki, Ermənistanın daimi əhalisi 2019-cu ilin yanvarında 2 milyon 965 min nəfər olub.
Ötən ilin əvvəlində bu rəqəm 2 milyon 972 min təşkil edib.
Eyni zamanda statistikaya əsasən əhali əsasən paytaxta üz tutur. Belə ki, 2019-cu ilin əvvəlində Yerevan əhalisinin sayı 4200 nəfər artıb. 2018-i ilin əvvəlində bu şəhərdə 1 milyon 77 min, 2019-cu ilin əvvəlində isə 1 milyon 81 min nəfər yaşayıb.