• DÜNYA

    10:41 20 may 2019

Ermənistanda etirazçılar Paşinyanın çağırışı ilə məhkəmələrə girişi bağlayıblar

Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı ilə bir qrup etirazçı bu gün səhər saatlarından məhkəmələrə girişi bağlayıblar.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiya həm paytaxt Yerevanda, həm də digər vilayətlərdə keçirilir.

Baş nazir Nikol Paşinyanın yerli vaxtla saat 12:00-da xalqa müraciət etməsi gözlənilir.

Ermənistan prezidenti Armen Sarkisyan bütün vətəndaşları qanuna əməl etməyə çağırıb.

Ermənistan ombudsmanı Arman Tatoyan isə bu cür çağırışları təhlükəli hesab edərək məhkəmənin fəaliyyətinə müdaxilənin qanunla qadağan olduğunu bildirib.

Qeyd edək ki, 2 gün əvvəl Yerevanda məhkəmə ölkənin keçmiş prezidenti Robert Koçaryanın Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nin zaminliyi ilə azadlığa buraxılmasına dair qərar verib. Buna cavab olaraq baş nazir Nikol Paşinyan ötən gün xalqı məhkəmələrin qapılarını bağlamağa və heç kəsi ora buraxmamağa çağırıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR