• DÜNYA

    14:11 4 mart 2019

İrəvanda merə və baş memara qarşı etiraz aksiyası keçirilir

Hazırda Ermənistanda İrəvan şəhərinin meri Hayk Marutyan və şəhərin baş memarı Artur Mesçyana qarşı etiraz aksiyası keçirilir.

ONA xəbər verir ki, bu barədə News.am saytı məlumat yayıb.

Etiraz aksiyasının iştirakçıları əllərində “Vandalizm” yazılı plakatlar daşıyırlar. Bildirilir ki, onlar Ermənistan Təhsil və Elm Nazirliyinin keçmiş binasının fasadının dağıdılmasına etiraz edirlər.

Aksiya iştirakçılarından biri, “Vətəndaş şüuru” ictimai təşkilatının rəhbəri Narek Samsonyanın sözlərinə görə, onlar İrəvan meri Hayk Marutyanın addımlarına nəzarət edəcək və öz etiraz səslərini qaldıracaqlar: “Artur Mesçyan anlamalıdır ki, əgər sabah iddia etsə ki, onu bu addıma vadar ediblər, bu qəbul edilməyəcək. Bu bina mədəni irsin nümunəsidir. Onu dağıtmaq yerinə, qorumaq və bərpa etmək olardı”.

Qeyd edək ki, Ermənistanın Təhsil və Elm Nazirliyinin keçmiş binasının fəaliyyəti hələ 2004-cü ildə dayandırılıb və sadəcə, fasadı qorunub saxlanılıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR