• DÜNYA

    11:40 1 yanvar 2021

Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 159 738 nəfərə çatıb

ONA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 329 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2828 nəfərə çatıb. Sutka ərzində COVİD-19-a yoluxan 1 nəfər digər səbəblərdən həyatını itirib. Ümumilikdə Ermənistanda indiyə qədər koronavirusa yoluxub digər səbəblərdən həyatını itirənlərin sayı 685 nəfərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR