• DÜNYA

    11:24 21 iyun 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 20268-ə çatıb, 350 nəfər ölüb

Ermənistanda koronavirus yoluxma hallarının sayı 20268-ə çatıb.

APA bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat verib.

Məlumata görə, son bir gündə 560 yeni yoluxma halı aşkar edilib, 18 nəfər ölüb. Beləliklə virusdan ölənlərin sayı 350-ə çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR