• DÜNYA

    11:09 16 avqust 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 41 663-ə çatıb

Ermənistanda son sutka ərzində 168 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 41 663-ə çatıb.

Son sutkada Ermənistanda daha 1 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 818-dir.

Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 34 584 nəfərdir, 6018 nəfər müalicə olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR