• DÜNYA

    11:52 30 avqust 2020

Ermənistanda son sutkada 124 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 124 yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 43 750 nəfərə çatıb.

Son 24 saatda 5 nəfər koronavirusdan vəfat edib ki, bununla da Ermənistanda indiyə qədər bu xəstəlikdən ölənlərin ümumi sayı 877 nəfərə yüksəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR