• DÜNYA

    11:08 13 sentyabr 2020

Ermənistanda son sutkada 187 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində 187 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 862-yə çatıb.

Son sutkada virusdan daha 5 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 916-ya çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR