• DÜNYA

    11:42 31 oktyabr 2021

Ermənistanda son sutkada COVİD-19-dan 44 nəfər ölüb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 308 326 nəfərə çatıb.
ONA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 1 587 nəfər COVİD-19-a yoluxub, 44 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 6328 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 4 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1295 nəfərə yüksəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR