Ermənistanda yükdaşımaların həcmi rekord şəkildə azalıb.
ONA News.am-a istinadən xəbər verir ki, cari ilin yanvar ayında Ermənistanda yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 67,8% azalaraq 901,3 min ton olub. Bunun 55%-i (495,9 min ton) avtomobil nəqliyyatının payına düşür.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında dəmiryolu üzrə yükdaşımaların həcmi artaraq 219 min ton olub. Hava yükdaşımalarının həcmində isə dəyişikliklər baş verməyib.
Sərnişindaşımaların həcmi 1,4% azalaraq 13,96 milyon nəfər təşkil edib. Avtobusla sərnişindaşımaların sayı 3,3% azalıb. Ümumilikdə, yanvar ayı ərzində sərnişin axını 3,7% azalaraq 177,5 milyon nəfər təşkil edib.