• DÜNYA

    10:21 1 mart 2019

Seyran Ohanyanın maliyyə hesablarına həbs qoyulub

Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisələrə dair cinayət işi çərçivəsində keçmiş müdafiə naziri Seyran Ohanyanın maliyyə hesablarına həbs qoyub. ONA-nın məlumatına görə, bu barədə “Pastinfo” xəbər yayıb.

Bir müddət əvvəl yayılmış məlumatda S. Ohanyana qarşı konstitusion quruluşun dəyişdirilməsi ittihamının irəli sürüldüyü, Ohanyanın isə özünü təqsirli bilmədiyini bildirilmişdi.

Mənbənin məlumatına görə, istintaqın gedişində müstəntiq keçmiş müdafiə nazirinin əmlakına, həmçinin maliyyə hesablarına həbs qoyulması barədə qərar çıxarıb.

Qeyd edək ki, Seyran Ohanyan Xocalı soyqırımının və I Qarabağ müharibəsi zamanı törədilmiş müxtəlif cinəyətlərin əsas iştirakçılarındadır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR