• DÜNYA

    06:08 4 mart 2021

Ermənistanın müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.

APA TASS-a istinadən xəbər verir ki, Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb.

Bildirilib ki, Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq Meydanında baş tutan mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

Qeyd olunub ki, müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR