İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı püskürməyə başlayıb.
APA xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vulkan püskürərkən cənub-şərq yamacındakı kraterdən vulkanik kül və lava qatı buraxıb. Vulkanik aktivliyin artması Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16:10-da (Bakı vaxtı ilə saat 19:10-da) qeydə alınıb.
Avropanın ən böyük aktiv vulkanı olan Etna daim mütəxəssislərin nəzarəti altındadır. Bir qayda olaraq, onun fəaliyyəti əhali üçün təhlükə yaratmır.