• DÜNYA

    05:56 6 may 2019

Everestdən üç ton zibil çıxarılıb, çox sayda insan cəsədinə rast gəlinib

Könüllülərdən ibarət 14 nəfərlik qrup Everest dağını təmizləməyə qərar verib.

ONA-nın CNN-ə istinadən verdiyi məlumata görə, təmizlik kampaniyasının ilk iki həftəsində üç ton zibil toplanıb.

Alpinistlər arasında ən populyar hesab edilən zirvələrdə zibil tör-töküntülərilə yanaşı, çox sayda insan cəsədlərinə də rast gəlinib.

Əsasən bulaqların ətrafında boş qutular, şüşə qablar, alpinist ləvazimatları gözə dəyib.
Qrup tərəfindən həmçinin dörd cəsədin tapıldığı da bildirilir.

Könüllülər növbəti dəfə 45 günlük kampaniya çərçivəsində 10 ton tullantı yığmağı planlaşdırıb.

Qeyd edək ki, Everestin təmiz saxlanılması üçün ətraf dövlətlər uzun müddətdir ki, müxtəlif üsullardan istifadə edirlər. Nepal rəsmi olaraq dünyanın müxtəlif bölgələrindən Everestə axın edən alpinistlər qarşısında ekoloji təmizliyin qorunmasını tələb edir.

2011-ci ildən bu istiqamətdə daha ciddi tədbirlər görülməkdədir. Hətta 2014-cü ildən etibarən alpinistlərə Everesti fəth etməyə o halda icazə verilir ki, qayıdarkən adambaşına 8 kq zibil gətirsin. Bunun üçün hər bir alpinist əvvəlcədən müəyyən miqdarda depozit qoymalıdır. Çin dövləti isə ümumiyyətlə, turistlərin öz ərazisindən Himalaya çıxmasına icazə vermir.

Qlobal istiləşmə səbəbindən Everestdə daha çox cəsədin üzə çıxdığı bildirilir.

Burada insan təlafatlarının hələ 1922-ci ildən başlayaraq qeydə alındığı deyilir. Hesablamalara görə, Everestdə müxtəlif illərdə 200-dən çox adam ölüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR