Ukrayna Qəhrəmanı, "Nibulon" taxıl ticarəti şirkətinin sahibi Aleksey Vadaturskiyin evinə mərmi düşüb.
ONA-nın "Ukrainskaya pravda" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya hərbi qüvvələri bu gecə Nikolayev şəhərini atəşə tutub.
Mərmilərdən birinin biznesmenin evinə düşməsi nəticəsində o və həyat yoldaşı həlak olub.
Qeyd edək ki, "Forbes Ukraina" jurnalının məlumatına görə, Aleksey Vadaturskiy 2021-ci ildə 430 milyon dollarla Ukraynanın 100 ən varlı insanı sırasında 24-cü sırada olub.