Ukraynada keçirilən prezident seçkilərində protokolların 90,25%-i sayılıb.
ONA-nın məlumatına görə, nəticələrə əsasən, Vladimir Zelenski 73,18% səs toplayıb.
Onun rəqibi, hazırkı prezident Pyotr Poroşenko isə seçicilərin 24.49%-nin səsini ala bilib.
Ukrayna Mərkəzi Seçki Komissiyası yekun nəticələrin aprelin 30-da elan edilə biləcəyini açıqlayıb.
***
05.45
Ukraynada keçirilmiş prezidenti seçkilərində Vladimir Zelenski 73,03% səslə liderlik edir, Pyotr Poroşenko 24,64% səs toplayıb.
ONA-nın məlumatına görə, bunu Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) seçki protokollarının 65%-nin yoxlanılmasından sonra açıqlayıb.
MSK-nın qərarına görə, seçki bülletenlərinin 2,32% etibarsız sayılıb .
***
02:35
Ukrayna prezidenti seçkilərində Vladimir Zelenski 73,23% səslə liderlik edir, Pyotr Poroşenko 24,87% səs toplayıb.
ONA-nın məlumatına görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 25%-nin yoxlanılması nəticəsində bildirib.
MSK-nın məlumatına görə, seçkilərdə əhalinin 62,07% iştirak edib.
***
23:33
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə dair ilk rəsmi nəticələri açıqlayıb.
ONA-nın məlumatına görə, yekun protokolların 1% yoxlanıldıqdan sonra prezidentliyə namizəd Vladimir Zelenski 69,26%, onun rəqibi Pyotr Poroşenko isə 28,33% səs toplayıb
***
22:25
Pyotr Poroşenko Ukrayna prezident seçkilərində uduzduğunu etiraf edib.
ONA-nın məlumatına görə, o bildirib ki, buna baxmayaraq, siyasətdən getməyəcək.
Poroşenko qeyd edib ki, Ukraynanın NATO və Aİ yolunda atdığı addımları müdafiə edəcək.
O, komandasını heç vaxt təslim olmamağa da çağırıb.
***
21:43
Prezidentliyə namizəd Vladimir Zelenski 73,2% səs toplayıb, hazırkı prezident Pyotr Poroşenko isə - 25,3%.
ONA UNİAN-a istinadən xəbər verir ki, bu göstəricilər “Milli Exit-poll 2019” layihəsinin mətbuat konfransında açıqlanıb.
Digər sosioloji sorguların nəticələri də təxminən eynidi.
Qeyd edək ki, Ukrayna vaxtı ilə 20:00-da ölkə ərazisində bütün seçki məntəqələri işini tamamlayıb.
Ukrayna MSK-sı səslərin rəsmi hesablanmasına başlayıb.