• DÜNYA

    05:44 7 sentyabr 2019

Facebook istifadəçilərinin telefon nömrələrinin ifşa olunduğunu təsdiqləyib

Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında ifşa olunduğunu təsdiqləyib.

APA “BBC”yə istinadla xəbər verir ki, şirkət məlumat bazasını kimin yaratdığını və internetə "təhlükəsiz halda" buraxılmasının araşdırıldığını söyləyib.

Sözügedən məlumat bazasında facebook istifadəçilərinin istifadəçi adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən veb serverə yüklənilib və şifrə ilə qorunmayıb.

Məlumat bazasının facebook tərəfindən yaradılmadığı düşünülür.

“TechCrunch” saytı məsələ ilə bağlı veb hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

Qeyd edək ki, facebook 2018-ci ildə istifadəçilərinə kimisə telefon nömrəsi ilə axtara bilmək funksiyasını yığışdırıb. Şirkət açıqlamışdı ki, müxtəlif "zərərli proqramlar" milyonlarla telefon nömrəsi daxil edərək nömrələrin kimə aid olduğunu tapmağa çalışırdı. Beləliklə də, telefon nömrələrini Facebook profillərinə əlavə etdikdən sonra gizlilik şərtlərini dəyişməyən istifadəçilərin telefon nömrələri ələ keçirilmə ehtimalı vardı.
“TechCrunch”ın ortaya çıxardığı məlumat bazasının da bu yollarla yarada bilinəcəyi düşünülür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR