"Facebook" səhmdarlarının bir qismi səhmdarlar yığıncağında Mark Tsukerberqın Direktorlar Şurasının sədri vəzifəsindən istefasını və şirkətin srtukturunun dəyışməsi təklifini irəli sürəcəklər.
ONA "RİA Novosti"-yə istinadən xəbər verir ki, səhmdarlar yığıncağı may ayının 30-da keçiriləcək.
Şirkətdən Qiymətli kağızlar və birjalarla iş üzrə komissiyaya göndərilən bildirişdə investorların müzakirəyə çıxaracağı məsələlər öz əksini tapıb. 8 təklifdən ikisində yeni sədr seçmək təklif olunub.
Lakin təklifin qəbul olunma şansı çox azdır.