• DÜNYA

    04:18 30 yanvar 2020

FED baza faiz dərəcəsini sabit saxlayıb

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyatlar Sistemi (FED), bazarlarda da gözlənildiyi kimi, baza faiz dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin rəhbərliyinin iclasının nəticələrinə dair yayılmış məlumatda bildirilir.

“Öz nizamnamə mandatına uyğun olaraq, açıq bazar əməliyyatları komitəsi məşğulluğun və qiymət sabitliyinin təmin edilməsinə çalışır. Komitə federal fondlar üzrə dərəcələrin hədəf həddini 1,5 və 1,75% arasında saxlamağa qərar verib”, - deyə açıqlamada qeyd edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR