ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 2020-ci il üzrə keçirilmiş son iclasda baza faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.
APA xəbər verir ki, bu barədə baza tənzimləyicisinin saytında məlumat yer alıb.
“Komitə federal fondlar nisbəti üçün hədəf aralığını 0-0,25% səviyyəsində saxlamağa qərar verib və əmək bazarı şərtləri komitənin maksimum məşğulluq qiymətləndirmələri ilə uyğun səviyyəyə çatana, inflyasiya artımı isə 2% olana qədər bu hədəf aralığının qorunmasının uyğun olacağını gözləyir”, - məlumatda belə deyilir.
ABŞ baza tənzimləyicisi, eyni zamanda əhalinin iqtisadi aktivliyi və məşğulluğunun bərpasının davam etdiyini, ancaq 2020-ci ilin əvvəlindəki səviyyədən xeyli aşağıda olduğunu da bildirib.