• DÜNYA

    18:45 18 aprel 2019

Federika Mogerini: "Çində uyğurların hüquqları pozulmaqda davam edir"

“Avropa İttifaqı Çinə izah etməyə çalışır ki, ikitərəfli əlaqələrdə insan hüquqları məsələsi iqtisadi maraqlar qədər əhəmiyyətlidir”.

ONA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Parlamentinin Strasburqda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Çin sosial və iqtisadi sahələrdə müəyyən irəliləyişə nail olsa da, insan hüquqları pozuntuları davam edir. "Biz siyasi tərbiyələndirmə düşərgələrinə, kütləvi təqiblərə, uyğurların və Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan digər etnik azlıqların hərəkətində məhdudiyyətlərin yaradılmasına dair hesabatlarla tanış olmuşuq", - deyə Aİ komissarı qeyd edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR