• DÜNYA

    08:32 25 mart 2019

Qəzzadan atılan raket İsrailin mərkəzindəki evə düşüb

Qəzza zolağından atılan raket İsrailin mərkəzində yerləşən yaşayış evinə düşüb.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, raket zərbəsi Təl-Əvivdən şimalda yerləşən Mişmeret yaşayış məntəqəsinə tuş gəlib.

Yaşayış evinə düşən raket yanğına səbəb olub. Nəticədə 6 nəfər yaralanıb.

Öncədən Təl-Əvivin şimalında hava həyəcanı sirqnalları işə düşüb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR