İsraildə fələstinlilərdən ibarət siyasi blokun seçkilərdə iştirakına dair Mərkəzi Seçki Komissiyasının tətbiq etdiyi qadağanı Ali Məhkəmə ləğv edib.
ONA-nın İsrailin “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə, Apellyasiya şikayətinə baxan məhkəmə qadağanı götürməklə blokun seçkilərdə iştirakına icazə vermiş olub.
Qeyd edək ki, martın 7-dən tətbiq edilən qadağa İsrail vətəndaşı olan fələstinlilərdən ibarət iki partiyalı siyasi bloka şamil edilmişdi. Buna əsas kimi blokun ərəblər tərəfindən maliyyələşdiyi göstərilirdi.