Filippində baş vermiş 6,3 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə "Philstar" portalı məlumat yayıb.
Ərazidə xilasetmə işləri hələ də davam etdirilir. Zəlzələdən ən çox ziyan görən dördmərtəbəli ticarət mərkəzi olub. Burada dağıntılar altında ən azı 30 adamın qaldığı güman olunduğundan xiasetmə qüvvələrinin böyük hissəsi bu bölgəyə cəlb olunub.
Pampanqa əyalətinin meri fəlakət bölgəsindəki dağıntılar altından insan səsləri eşidildiyini təsdiqləyib.
Qeyd edək ki, güclü zəlzələdən sonra 52 yeraltı təkanlar hiss edilib. Maniladakı bəzi otellər və ticarət mərkəzləri, metro nəqliyyatı fəaliyyətini dayandırıb.
***
Saat 19:55
Fillipinin Luson adasında 6,3 bal gücündə zəlzələ baş verib.
ONA “Mir 24”ə istinadən xəbər verir ki, nəticədə8 nəfər həyatını itirib, həmçinin evlərə və yollara ziyan dəyib.
Pampanqa əyalətində yerləşən Klark beynəlxalq hava limanının konstruksiyalarının bir hissəsi dağılıb.
Zəlzələnin episentri 40 km dərinlikdə yerləşir. Yeraltı təkanlar paytaxt Manilada da hiss edilib.