Bu gün yerli vaxtla 10:03-də (Moskva vaxtı ilə 05:03-də) Filippində 6.4 bal gücündə zəlzələ olub
APA TASS-a istinadla xəbər verir ki, mərkəzi 100 km dərinlikdə yerləşdiyi bildirilən zəlzələ
ölkənin cənubunda Mindanao adası yaxınlığında qeydə alınıb.
Honqkonq Rəsədxanasının seysmoloji xidmətinin məlumaına görə, zəlzələnin episentri təxminən 1.6 milyon nəfər əhalisi olan Davao liman şəhərindən 210 km cənub-şərqdə olub.
Qurbanlar, dağıntılar və sunami təhlükəsi ilə bağlı heç bir məlumat verilməyib.