• DÜNYA

    06:47 27 iyul 2019

Filippində ardıcıl iki zəlzələ: ölən və yaralananlar var


Filippində şənbə günü ardıcıl iki dəfə zəlzələ baş verib.
APA “TASS”a istinadən xəbər verir ki, təbi fəlakət nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
“Sinxua” agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, Filippinin şimalındakı İtbayat bələdiyyəsi (Batanes əyaləti) ərazisində 5.4 bal gücündə baş verən zəlzələnin episentri təxminən 9 km dərinlikdə olub.
Təxminən üç saat sonra eyni məkanda 5,9 bal gücündə yenidən zəlzələ baş verib və episentrinin 10 km dərinlikdə olduğu deyilir.
Qeyd edək ki, İtbayat ərazisində 3 minə yaxın insan yaşayır. Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR