• DÜNYA

    08:49 17 oktyabr 2019

Filippində güclü zəlzələ baş verib, ölən və yaralananlar var


Filippinin Mindanao adasında çərşənbə günü yerli vaxtla 11.37-də 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində beş nəfər ölüb, 77 nəfər yaralanıb.

Bundan başqa, Makilala şəhərində 17 nəfər, Tulunan, Maqsaysay və Diqos bölgələrində isə 60 nəfərin yaralandığı bildirilir.

Zəlzələnin episentri Sultan Kudarat əyalətindəki Kolumbio kəndindən 7 kilometr məsafədə yerləşib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR