Filippində 6.6 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə yerli Seysmoloji Mərkəz məlumat yayıb.
Ocağı təxminən 20 kilometr dərinlikdə yerləşən zəlzələnin episentri 1,2 milyon nəfərdən çox əhalisi olan Mindanao adasında yerləşən Davao şəhərindən 35 kilometr məsafədə olub.
Təbiət hadisəsi zamanı həlak olanlar, dağıntı və sunami təhlükəsi barədə hələlik heç bir məlumat verilməyib.