Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.
ONA-nın xəbərinə görə, bu barədə “CNN Philippines” telekanalı məlumat yayıb.
Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.
Bu gün vulkanının külləri 1 km hündürlüyə qədər yayılıb və bununla əlaqədar Filippin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın püskürməsi ehtimalını 5 ballıq şkala üzrə 3 bala yüksəldib. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.