Bu həftə Filippində baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
ONA-nın xəbərinə görə, bu barədə “Philippine Daily Inquirer” qəzeti məlumat yayıb.
Xəsarət alanların sayı 432 nəfərə çatıb. Zəlzələ ölkədə 30 min infrastruktur obyektinə zərər vurub. Bura minə qədər məktəb, məbəd və xəstəxana, 20-dən çox yol və körpü də daxildir.
Qeyd edək ki, bu həftə Filippində 6,6 və 6,5 maqnitudalı zəlzələlər olub
Bundan əvvəl zəlzələlər nəticəsində 15 nəfərin öldüyü, 403 nəfərin xəsarət aldığı açıqlanmışdı.