• DÜNYA

    12:33 14 aprel 2019

Finlandiyada parlament seçkiləri keçirilir

Bu gün Finlandiyada parlament seçkiləri keçirilir.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 4 milyon 255 min 466 seçicinin yaşadığı ölkədə 13 seçki dairəsi yaradılıb və hər seçici yaşadığı seçki dairəsi üzrə bir namizədə səs verə bilər.

Seçkilərdə 19 partiya 2 min 468 namizəd irəli sürüb. Sosioloji sorğulara əsasən, seçkilərdə sabiq maliyyə naziri Anti Rinnenin başçılıq etdiyi Sosial-Demokrat Partiyasının 19,5 faiz, hazırkı maliyyə naziri Petteri Orponun başçılıq etdiyi koalisiyanın 17,5 faiz, Avropa Parlamentinin deputatı Yussi Xala-axonun başçılıq etdiyi “Səmimi Finlər”in 15 faiz, hazırkı baş nazir Yuxoy Sipilyanın başçılıq etdiyi “Finlandiya Mərkəzi”nin 14,4 faiz, Pekkoy Xaavistonun başçılıq etdiyi Yaşıl İttifaqın 12 faiz səs alacağı gözlənilir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR