• DÜNYA

    01:38 28 mart 2019

Fransa hökumətinin üç üzvü istefa verib

Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo, Avropa məsələləri üzrə nazir Natali Luazo və rəqəmsal texnologiya məsələləri üzrə dövlət katibi Munir Majubi vəzifələrindən kənarlaşdırılıb.

ONA-nın “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının açıqlamasında deyilir.

Qeyd edək ki, Luazo ötən günə qədər mayda keçiriləcək Avropa Parlamentinə seçkilərdə prezidentin "İrəli, Respublika!" partiyasında siyahıya başçılıq edib. Qrivo və Majubi isə Parisdə 2020-ci il üzrə bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürməyi planlaşdırır.

Qrivo şəxsi “Facebook” səhifəsində qeyd edib ki, onun hökumətin tərkibindən çıxması Fransa prezidenti ilə tam razılaşdırılıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR