Rəsmi Paris İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının saxlanılmasının tərəfdarıdır.
ONA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın müdafiə naziri Florens Parli deyib.
"Biz avropalılar Avropa İttifaqının tərkibində müqavilə tərəflərindən biri idik. Biz Fransa bu razılaşmanın mövcudluğunu təmin etmək istəyirik," - deyə fransalı nazir bildirib.
Xatırladaq ki, İran bu gündən etibarən nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərinin icrasını dayandırdığını bəyan edib və bununla bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə və sazişi imzalayan Almaniya, İngiltərə, Çin, Rusiya və Fransanın İrandakı səfirliklərinə məktub yollayıb.