Tuluzada “sarı jiletlilər”in nümayiş zamanı RT kanalının əməkdaşı, fransalı jurnalist Fransua Frederik Equi polislər tərəfindən döyülüb.
ONA-nın “RİA Novosti”yə istinadla xəbərinə görə, bu barədə RT kanalının rəhbəri Kseniya Fyedorova açılama verib.
O bildirib ki, Tuluza polisi müxbirin dəfələrlə media nümayəndəsi olması xəbərdarlığına baxmayaraq rezin dəyənəklə onun bədəninin müxtəlif hissələrinə zərbələr endirib:
“Videoyazıdan da görünür ki, etiraz nümayişini “Press” logosu ilə canlı olaraq yayımlayan an polis onun xəbərdarlığına məhəl qoymayaraq dəyənəklə ayaqlarına davamlı zərbələr vurur. Elə o andan etibarən kamera zədələndiyindən canlı yayım dayanır”.
Kanal rəhbərliyi əlavə edib ki, xoşbəxtlikdən Frederik həbs olunmayıb, indi onun sağlamlığı tam qaydasındadır.
O da vurğulanıb ki, sözügedən nümayiş zamanı 15 media nümayəndəsi yaralanıb.
Xatırladaq ki, Fransa nümayişlərində daha əvvəl də oxşar hadisə yaşanmışdı. Parisdə “RİA Novosti”nin müxbiri Viktoriya İvanova polis tərəfindən döyülmüşdü.
Xəsarət alan rusiyalı jurnalist dərhal xəstəxanaya üz tutmuşdu. İvanova həmçinin Fransa Milli Polis Təşkilatının (İGPN) Ümumi Müfəttişliyinə də iddia ərizəsilə müraciət etmişdi.
O zaman Rusiya XİN jurnalistlərə öz peşə vəzifələrini yerinə yetirməkdə zor tətbiq olunmasının qeyri-qanuniliyi barədə Fransız hökumətini xəbərdar etmişdi.