Fransada 23,5 min insanın iştirakı ilə “sarı jiletlilər”in növbəti aksiyası keçirilir. Paytaxt Parisdə isə 2600 etirazçı bu aksiyalara qoşulub.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “BFMTV” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Parisdə keçirilmiş etiraz aksiyasında 14 nəfər saxlanılıb, 13,5 mindən çox insanın ətrafında yoxlamalar aparılıb.
Kanalın bildirdiyinə görə, ötən şənbə günü Fransada keçirilmiş aksiyalarda təxminən 28 min, Parisdəki aksiyalarda isə 9 min insan iştirak edib.