• DÜNYA

    08:24 31 yanvar 2020

Fransada dağ xizəkçiliyi mərkəzində qar uçqunu zamanı iki nəfər ölüb

Fransanın şərqində yerləşən La Tusuir dağ-xizək istirahət mərkəzi yaxınlığında baş verən qar uçqunu nəticəsində iki nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə “Comborciere” massivindəki 2 km yüksəklikdən bir neçə yüz metr aralıda qeydə alınıb.

Axtarış-əməliyyat tədbirlərinə 30-a yaxın xilasedici, jandarma və kineloji xidmətin əməkdaşları cəlb edilib. Xilasedicilər iki xizəkçinin cəsədini aşkar edib. Digər bir nəfər isə donma əlamətləri ilə tapılıb. Həkimlər tərəfindən onun vəziyyəti kritik olaraq qiymətləndirilib. O, hazırda Qrenobl xəstəxanasında müalicə alır. Xilasetmə qrupu dördüncü xizəkçinin axtarışını davam etdirir.

Hadisə ilə əlaqədar bölgədəki Dağ Jandarma İdarəsi araşdırmaya başlayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR