• DÜNYA

    19:44 1 may 2019

Fransada "Əmək günü" ilə əlaqədar keçirilən nümayişlərdə 151 min nəfər iştirak edib

Fransada "Əmək günü" ilə əlaqədar keçirilən nümayişlərdə 151 min nəfər iştirak edib.

ONA BFM televiziyasına istinadən xəbər verir ki, Parisdəki nümayişlərdə iştirak edənlərin sayı 16 min təşkil edib.

Məlumata görə, nümayişlər zamanı 249 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları və nümayiş iştirakçıları arasında qarşıdurmalar yaşanıb. Nümayişçilər Parisdə İtaliya meydanının yaxınlığında maşına od vurublar.


Rəna

Teqlər:

SON XƏBƏRLƏR