Fransada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 5 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “BFMTV” Fransanın Səhiyyə naziri Anyes Buzenə istinadən məlumat yayıb.
Söhbət “ağır vəziyyətdə” xəstəxanaya yerləşdirilən 80 yaşlı çinlinin qızından gedir. Qadın hazırda reanimasiyadadır.