Fransada koronavirusa yoluxanların sayının 6 nəfər olduğu təsdiqlənib.
APA-nın TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Fransa Səhiyyə Təşkilatının rəhbəri Jerom Salomon açıqlamasında bildirib.
“Fransada koronavirusa 6-cı yoluxma hadisəsi qeydə alınıb. Bu, Çində virusa yoluxan bir nəfərlə təmasda olan bir həkimdir. Koronavirusa yoluxmuş şəxs Paris xəstəxanalarından birində xüsusi palatada nəzarət altındadır. Hazırda onun qohumları da lazımi müayinədən keçirlər”, - deyə Salomon vurğulayıb.