• DÜNYA

    16:50 1 dekabr 2019

Fransada leysan yağışlarla əlaqədar xəbərdarlıq edilib

Fransada leysan yağışlarla əlaqədar xəbərdarlıq edilib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Fransa Meteoroloji Xidməti ölkənin Var və Dənizkənarı Alp departamentlərində təhlükəsizliklə əlaqədar ən yüksək - “qırmızı səviyyə” elan edib.

Yuxarı Provans Alpları, Voklyuz və Drom departamentlərində isə “narıncı təhlükəsizlik səviyyəsi” elan olunub. Daxili İşlər Nazirliyi bu gün yerli vaxtla saat 15.00 radələrindən başlayaraq daşqınların gözlənildiyini açıqlayıb. Əhaliyə evlərindən çıxmamaq, avtomobildən istifadə etməmək, içməli su ehtiyatı toplamaq tövsiyə edilib.

Qeyd edək ki, “qırmızı təhlükəsizlik” səviyyəsi keçən həftə Fransanın cənub-şərqində elan edilib. Həmin vaxt sel və daşqınlar səbəbindən 4 nəfər həyatını itirib, bir çox yollar su altında qaldığı üçün bağlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR