Fransanın Brest şəhərində silahlı insident törədən şəxs sonradan intihar edib.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “France Info” radiostansiyası polisə istinadla məlumat yayıb.
Bildirilir ki, iyunun 27-də yerli vaxtla saat 16:30-da naməlum şəxs Pontanezen məhəlləsində məscidin qarşısında atəş açıb, daha sonra qaçaraq gizlənib. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. “BFM” telekanalın məlumatına görə, yaralılardan biri məscidin imamıdır.
Bir neçə saatlıq axtarışlardan sonra həmin cinayətkarın meyiti tapılıb. Onun şəxsiyyəti müəyyən edilib, hazırda hadisənin motivi araşdırılır.