• DÜNYA

    06:31 10 aprel 2021

Fransada oğrular tibb işçisi paltarında COVID-19 xəstəsini qarət ediblər

Fransanın paytaxtı Paris yaxınlığında yaşayan və koronavirusa yoluxduğu üçün özünü evə təcrid edən 53 yaşlı bir kişi oğurluq faktının qurbanına çevrilib.

APA “La Parisien” qəzetinə istinadən xəbər verir ki, onun evinə soyğunçular girib. Hətta cinayətkarlardan biri tibb işçisi kimi geyinərək zərərçəkmişi aldadıb.

Evə gələnlər 53 yaşlı kişinin əl-qolunu bağlayaraq, evdə olan pulların yerini göstərməsini tələb ediblər. Mənzil sahibi cinayətkarların tələbini yerinə yetirib. Hadisə yerini tərk edərkən onlar bütün mebelləri antiseptik maddə ilə də siliblər.

Hadisə nəticəsində zərərçəkmişə dəymiş ziyan hələ dəqiqləşdirilməyib. İlkin məlumata görə, oğurlanmış zinət əşyalarının, eləcə də bahalı gümüş və dəridən işlənmiş əşyaların dəyəri təxminən 300 min avrodur.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR