• DÜNYA

    04:08 19 may 2019

Fransada "sarı jiletlilər"in 27-ci aksiyası keçirilib

Fransada şənbə günü minlərlə insan “sarı jiletlilər”in növbəti etiraz aksiyasında iştirak edib.

ONA xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi nümayişlərdə 15,5 min etirazçının iştirak etdiyini bildirib.

Ancaq aksiya təşkilatçıları bu rəqəmlə razı deyil. Onların məlumatına görə, minimum 40,5 min fransalı etirazlara qoşulub.

Etiraz aksiyaları ümumilikdə sakit şəkildə keçib, polis dəstələri isə bu müddətdə onları müşayiət edib. Hüquq-mühafizə orqanları ilə sərt qarşıdurmalar Reymsdə qeydə alınıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR