Fransada “sarı jiletlilər”in etiraz aksiyasında saxlanılanların sayı 227 nəfərə çatıb. Bundan əvvəl 189 nəfərin saxlanıldığı bildirilib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “France Bleu” radiosu Paris polisinə istinadla məlumat yayıb.
Bildirilir ki, saxlanılan etirazçılardan 178 nəfəri nəzarət altına alınıb. Həmçinin hüquq-mühafizə orqanları 14 mindən çox insanı yoxlamadan keçirib.
Tuluzada keçirilmiş etiraz aksiyalarında isə 17 nəfər saxlanılıb.
Asayişin qorunması üçün təxminən 60 min polis və jandarm qüvvələri səfərbər olub.
Qeyd edək ki, etiraz aksiyaları paytaxt Parislə yanaşı, Nant, Po, Kan, Monbelyar, Bordo, Lion və digər şəhərlərdə də keçirilib.