Fransada tütün sexinə silahlı basqın edən şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner Tvitter səhifəsində yazıb.
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, nazir xüsusi əməliyyatda iştirak edən polis əməkdaşlarına soyuqqanlılıq nümayiş etdirərək tapşırığı itkisiz yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib.
***
05:09
Fransada Tuluza şəhəri yaxınlığında yerləşən tütün məmulatları sexində girov götürülmüş 5 qadın azad edilib.
ONA xəbər verir ki, sexin 1 əməkdaşını və 4 müştərini girov götürən şəxs 17 yaşlı yeniyetmə olub.
***
20:41
Fransanın Tuluza şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları sexinə bir nəfər naməlum şəxs silahlı basqın edib.
ONA lenta.ru-ya istinadən xəbər verir ki, cinayətkar şəxs sexdəki 5 müştərini və bir satış menecerini girov götürüb.
Girovların hamısının qadın olduğu bildirilir.
Dərhal hadisə yerinə polis qüvvələri cəlb edilib.
Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına iki dəfə atəş açaraq tələbləri həyata keçməyəcəyi təqdirdə girovları öldürəcəyini deyib.