Fransa sahillərində qasırğa zamanı katerin çevrilməsi nəticəsində xilasetmə komandasının üç üzvü ölüb.
ONA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransa xilasetmə xidmətinin əməkdaşlarının olduğu kater dənizdə köməksiz vəziyyətdə qalan balıqçıların köməyinə gedirmiş.
Sahildən 800 metr aralıqda baş vermiş hadisə nəticəsində 7 nəfər suya düşüb, onlardan dördü xilas ola bilib. Digər 3 nəfərin axtarışlarına helikopterlər və təxminən 70 xilasedici cəlb olunub.