“Yanvarın 18-dənetibarən Avropa Birliyi xaricindəki ölkələrdən Fransaya gələn hər kəs təkrar koronavirus testindən keçiriləcək və bir həftəlik karantinə alınacaq”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Jan Kasteks ölkə vətəndaşlarına televiziya vasitəsilə müraciətində bildirib.
Baş nazir qeyd edib ki, sərhədlərdə nəzarəti gücləndiriləcək: “Əsasən Fransa Gvianası, Amazon və Antil adalarında yayılan virusdan qorunmağa ehtiyac duyuruq”.
Həmçinin, Fransa hökumətinin yanvarın 16-dan etibarən ölkə üzrə hər gün axşam saat 18:00-dan səhər 06:00-dək komendant saatının tətbiqinə qərar verdiyi bildirilib.
Baş nazir əlavə edib ki, bu qərar azı 15 gün ərzində qüvvədə qalacaq.