Fransada Yeni il gecəsi 200-dən çox avtomobil yandırılıb
  • DÜNYA

  • 21:04 01 Yanvar 2020

Fransada Yeni il gecəsi 200-dən çox avtomobil yandırılıb

Fransanın Aşağı Reyn departamentində, Strasburqda Yeni il gecəsi 200-dən çox avtomobil yandırılıb.

APA xəbər verir ki, bu barədə “France Info” portalı məlumat yayıb.

Bildirilir ki, daha 26 avtomobili Yuxarı Vyenna departamentinin Limoj şəhərində yandırıblar. Bundan əlavə, Yeni il gecəsi bir nəfər Parisdə, daha biri isə Aşağı Reyn departamentindəki Aqno şəhərində atəşfəşanlıq səbəbindən ölüb. Aşağı Reyn departamentinin polis prefekturasının məlumatına görə, atəşfəşanlıq avadanlıqları və pirotexnika vasitələrindən istifadə nəticəsində 50 nəfər yaralanıb, onlardan 20-si azyaşlıdır.

Fransada Yeni il şənlikləri təqaüd islahatı əleyhdarlarının davam edən etirazları və “sarı gödəkçəlilər” hərəkatının mitinqləri fonunda keçirilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR